Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığmasını məğlub edib
IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komandamız Səudiyyə Ərəbistanı yığmasına 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, voleybolçularımız bundan əvvəl Sloveniyada “Maribor” klubunu eyni hesabla məğlub etmişdi

Xəbər 538 dəfə oxundu.