Azərbaycan komandasını dəstəkləyən azarkeşlərin sayəsində “Bakı-2017” üçün biletlərə tələbat çox yüksəkdir
Mayın 1-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi futbol üzrə Azərbaycan yığmasının qrup matçlarına biletlərin hamısının satıldığını açıqlayıb.

Əməliyyat Komitəsindən bildiriblər ki, yarışın qrup mərhələsinin digər oyunlarına, o cümlədən Türkiyə, Kamerun, Əlcəzair və Səudiyyə Ərəbistanının matçlarına, habelə yarımfinal, bürünc medal uğrunda və final qarşılaşmalarına müəyyən sayda bilet qalıb.

IV İslam Həmrəyliyi Oyunlarına biletlər “Baku-2017”nin vebsaytı (www.baku2017.com) vasitəsilə onlayn rejimdə və ya Bakıdakı 12 satış məntəqəsində, o cümlədən “28 Mall”, “Gənclik Mall” və “Parkbulvar” ticarət mərkəzlərində satılır.

“Azərbaycan xalqının IV İslam Həmrəyliyi Oyunlarında doğma idmançılarına azarkeşlik etmək üçün bu cür böyük istək nümayiş etdirdiklərini görmək çox xoşdur”, - deyən Əməliyyat Komitəsinin bilet satışı üzrə direktoru xanım Miryam Boqatay bildirib. Vurğulayıb ki, biletlərin satışı zamanı diqqət cəlb edən məqamlardan biri idman sessiyaları zamanı uşaqlar üçün ayrılmış biletlərərə tələbatın yüksək olmasıdır ki, bu da ailələrin IV İslam Həmrəyliyi Oyunlarına böyük maraq göstərməsi deməkdir.

Açılış və bağlanış mərasimlərinə gəldikdə isə açılış mərasimi üçün D kateqoriyası üzrə biletlərin satılıb qurtarması, insanların bu mərasimə böyük maraq göstərdiklərini bir daha sübut edir. A, B və C kateqoriyaları üzrə biletlərin məhdud saydadır.

Miryam Boqatay bu barədə deyib: “Təcrübə göstərir ki, açılış və bağlanış mərasimlərinə bilet satışına tələbat həmişə yüksək olub. “Bakı-2017” də bu baxımdan istisna təşkil etmir. Biz bu möhtəşəm tədbirlərin hər hansı birini izləmək istəyən insanları bu fürsəti qaçırmamaq üçün ən qısa zamanda biletləri əldə etməyə çağırırıq”.

Xəbər 617 dəfə oxundu.