“Boka Xuniors” birincidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Amerika qitəsinin ən yaxşı klublarının adlarını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, qurum XXI əsrin ilk 11 ili üçün əvvəlcə Cənubi Amerika, sonra Şimali, Mərkəzi Amerika və Karib Dənizi Hövzəsindəki Ölkələrin Futbol Assosiasiyası (CONCACAF) zonası üzrə ən yaxşıların cədvəlini tərtib edib.

Birinci siyahıda 200, ikincidə 150 klub yer alıb. Hesabında 2.199 xal olan Argentinanın “Boka Xuniors” klubu Cənubi Amerikada rəqiblərini üstələyib. İlk üçlükdə qərarlaşan Braziliya təmsilçiləri “San Paulu” və “Santos”un hesabında isə müvafiq olaraq 2.041 və 1.805 xal var.

CONCACAF zonasında ilk 7 pillədə Meksika klubları qərarlaşmıblar. “Amerika” 1.372,5 xalla cədvələ başçılıq edir. Müvafiq olaraq 1.198 və 1.178,5 xala malik “Deportivo” ilə “Kruz Asul” liderin ən yaxın izləyiciləridirlər.

Xəbər 1040 dəfə oxundu.