Bekingem sarayı turistlərin üzünə bağlanacaq
Londonda keçiriləcək olimpiya oyunları zamanı Bekingem sarayı gələnlər üçün bağlı olacaqdır. İdman.com.az saytının məlumatına görə, adətən yayda kraliçanın ailəsi paytatdakı iqamətgahını tərk edən kimi, saray xeyli turist qəbul edir. Lakin bu il yayın bir neçə həftəsini kraliça II Elizabet Londonda olacaq və olimpiadaya gələcək yüksək vəzifəli qonaqları qəbul edəcək.

Sarayın bağlanması xeyli ziyan vuracaq. Turistlər nəinki sarayın içərisini görməyəcək, həm də kraliçanın tacqoyma mərasiminin “brilyant” yubileyi münasibətilə orada açılmış qiymətli əşyaların ekspozisiyasına da tamaşa edə bilməyəcəklər. Hər il saraya yay tematik sərgilərini görmək üçün yüz minlərlə turist gəlir.

Londonda olimpiya oyunları iyulun 27-dən avqustun 12-dək davam edəcək. Təntənəli açılışda II Elizabet və Edinburq hersoqu Filip iştirak edəcəklər. Bekingem sarayı gələnlər üçün öz qapılarını iyunun 30-dan iyulun 8-dək və iyulun 31-dən oktyabrın 7-dək açacaq.

Xəbər 1165 dəfə oxundu.