Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub
Aprelin 30-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub.

Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılıb.

Turnirdə 21 ölkədən 94 gimnast mübarizə aparıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə, ümumilikdə, 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edib.
Fərdi yarışlarda rusiyalı gimnastlar Aleksandra Soldatova topla, Arina Averina halqa ilə, israilli Viktoriya Vaynberq-Filanovski gürzlərlə, Bolqarıstan gimnastı Neviana Vladinova isə lentlə çıxışda qızıl medala sahib olublar.
Qrup komandalarının yarışında 5 halqa ilə çıxışda İtaliya millisi, 3 top və 2 gürzlə mübarizədə isə ukraynalı gimnastlar birinci olublar.


Xəbər 973 dəfə oxundu.