Bakıda bədii gimnastika üzrə dünya kubokunun final mərhələsi keçirilir | |
Aprelin 30-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarının final mərhələsi keçirilir. Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılacaq. Aprelin 28-də startı verilən mötəbər turnirə 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir. |
|
Xəbər 956 dəfə oxundu. |
|
|