Qadın həndbolçularımız Rusiyanın “Rostov–2” komandasına qalib gəliblər | |
Qadın həndbolçulardan ibarət Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunları ərəfəsində təlim–məşq toplanışını davam etdirir. Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, hazırlıq çərçivəsində yığmamız aprelin 28-də və 29-da “ABU-Arena”da Rusiyanın “Rostov–2” komandası ilə yoldaşlıq oyunları keçirib. Həndbolçularımız hər iki oyunda 34:16 və 34:20 hesabı ilə qalib gəliblər. Yoldaşlıq görüşləri mayın 2-dək keçiriləcək. |
|
Xəbər 783 dəfə oxundu. |
|
|