Bu gün ölkə kubokunda mübarizə başlayır
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, görüşlərini ikisi paytaxtda, digər ikisi əyalətdə keçiriləcək. Mütəxəssislər ehtimal edirlər ki, rəqabətdə gərginliyi əsasən ölkə çempionatında avrokuboklara düşmək şansını itirən klublar yaradacaqlar. Bu istiqamətdə "Bakı" ilə "Qəbələ"nin seçiləcəyi gözlənəlir. İlk "altılığ"da liderlərdən xeyri aralı düşən həmin komandalar var güclərini kuboku qazanmağa sərf edəcəklər.

Azərbaycan kuboku. 1/4 final, ilk oyunlar
14 mart

14:00. "Kəpəz" (Gəncə) - "Neftçi" (Bakı)
14:00. "Qəbələ" - "Qarabağ" (Ağdam)
15:00. "Bakı" - AzAL (Bakı)
16:00. "İnter" (Bakı) - "Xəzər Lənkəran"


Xəbər 1026 dəfə oxundu.