Kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017”yə Sloveniyada hazırlaşır
Sloveniyada təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma komandamız yerli “Maribor” klubu ilə qarşılaşıb.

Voleybolçularımızın üstünlüyü şəraitində keçən oyunda yığmamız 4:1 hesablı qələbə qazanıb.

Millimiz Sloveniyadan əvvəl İsraildə təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 3 yoxlama oyununu qələbə ilə başa vurub.

Xəbər 656 dəfə oxundu.