Messinin uğurunu təkrarlamasına 1 qolu çatmadı
Dünən Çempionlar Liqasında 1/8 finalın 2 cavab matçı keçirilib. İdman.com.az saytının məlumatına görə, ötən həftədə olduğu kimi, bu dəfə də məhsuldarlıq qeydə alınıb. İsveçrədə yerli «Bazel»ə minimal hesabla uduzan «Bavariya», evdə məğlubiyyətin əvəzini darmadağınla. Belə ki, Almaniya klubu rəqibin qapısından nə az, nə çox, düz 7 top keçirib.

Keçən səfər «Barselona»nın heyətində «Bayer»ə 5 qol vurmaqla, mötəbər yarışda ilkə imza atan Lionel Messinin uğurunu, bu görüşdə Mario Qomeş təkrarlamağa çalışıb. Amma onun penta-trik etməyinə bir top çatmayıb.
«İnter» klubu da doğma divar arasında mərhələ adlamağa yaxın olub. Amma milanlıların son dəqiqədə buraxdığı qol, görüşün taleyinə aydınlıq gətirib.
Qeyd edək ki, ötən həftə «Barselona» (İspaniya), «Milan» (İtaliya), «Benfika» (Portuqaliya) və APOEL (Kipr) 1/4 finala yüksəlmişdi.

13 mart

«Bavariya» (Almaniya) – «Bazel» (İsveçrə) - 7:0
Arien Robben, 11; 80; Tomas Müller, 42; Mario Qomeş, 45; 50; 61: 66
İlk oyun – 0:1.

«İnter» (İtaliya) – “Olimpik»M (Fransa) - 2:1
Dieqo Milito, 76 (pen); Passini, 90+3 (pen) - Brandao, 90
İlk oyun – 0:1.

14 mart

23:45 «Real»M (İspaniya) – SSKA (Rusiya)
İlk oyun – 1:1

23:45 «Çelsi» (İngiltərə) – «Napoli» (İtaliya)
İlk oyun – 1:3.

Xəbər 893 dəfə oxundu.