“Shamkir Chess-2017” şahmat turnirində yeddinci tura start verilib
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2017” şahmat turnirinin yeddinci turuna start verilib.

Yeddinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov ingiltərəli Maykl Adams, Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə qarşılaşır.

Digər görüşlərə gəlincə, Sergey Karyakin Vladimir Kramnik (hər ikisi Rusiya), ukraynalı Pavel Elyanov ABŞ təmsilçisi Uesli So, Hindistan təmsilçisi Pentala Harikrişna isə polşalı Radoslav Voytaşek ilə münasibətlərinə aydınlıq gətirir.

Altı turdan sonra Ş.Məmmədyarov 4,5 xalla turnir cədvəlinin vahid lideridir. V.Topalov, M.Adams və U.So 3,5 xalla 2-4-cü yerləri bölüşürlər. P.Elyanovun hesabında 3 xal var. T.Rəcəbov, S.Karyakin, R.Voytaşek və V.Kramnik 2,5 xalla 6-9-cü pillədə qərarlaşıblar. P.Harikrişna isə 2 xalla turnir cədvəlində sonuncu pillədə yer alıb.

Xəbər 745 dəfə oxundu.