“Baltik halqası”nda lenlə 5-ci
Azərbaycan gimnastı Lalə Yusifova Riqada keçirilən ənənəvi "Baltik halqası" beynəlxalq turnirində beşinci yeri tutub. İdman.com.az saytı xəbər verir ki, Respublika Kompleks İdman Məktəbinin 16 yaşlı yetirməsi belə nəticəyə finalda lentlə hərəkətlərdə nail olub. O, halqa və topla hərəkətlərdə, həmçinin çoxnövçülükdə səkkizinci yeri tutub.

“Lalənin Riqada göstərdiyi nəticə heç də pis deyil, - milli yığmanın baş məşqçisi Mariana Vasileva hesab edir. - O, çox güclü rəqabətdə lentlə hərəkətlərdə rusiyalı Yevgeniya Kanayeva və Aleksandra Merkulova, habelə belaruslu Melitina Stanyuta və Lyubov Çerkaşinadan sonra beşinci olub. Buna görə də indiki mərhələdə onun çıxışından olduqca razıyam".

Xəbər 1343 dəfə oxundu.