Azərbaycanın U-17 millisi Monteneqro yığması ilə qarşılaşıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız məğlub olublar – 0:3.

Yığmamız turnirdə növbəti oyununu aprelin 29-da Qazaxıstan komandasına qarşı keçirəcək.

Xəbər 694 dəfə oxundu.