“Paçuka” futbol komandası CONCACAF Çempionlar Liqasının qalibi olub
Şimali və Mərkəzi Amerika, Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Liqasının finalında “Tiqres” komandasına qalib gələn “Paçuka” turnirin çempionu olub.

Komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb. “Paçuka” komandası doğma meydanda keçirdiyi cavab qarşılaşmasında Franko Jaranın 83-cü dəqiqədə vurduğu qolla beşinci dəfə çempion adını qazanıb.

CONCACAF Çempionlar Liqasında keçirdiyi 16 ev oyununda heç vaxt məğlub olmayan “Paçuka” komandası bu qələbə ilə həm də klublararası dünya çempionatında iştirak hüququ əldə edib.

Xəbər 556 dəfə oxundu.