Zaur Axundov “İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri təyin olunub
Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş “İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri vəzifəsinə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin edilib.

AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə icraçı direktor vəzifəsini icra edəcək.

Xəbər 738 dəfə oxundu.