“Bakı-2017”: Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət millimizin heyəti açıqlanıb
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Tatyana Slojenitsina Bakıda keçiriləcək yarışda Dina Ulyanova, Tatyana Deniskina, Abigail Mollenhauer və Marsedes Uolkerə şans verəcək.

Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq millimiz Türkmənistan, Əlcəzair, Mali və Əfqanıstan basketbolçuları ilə qarşılaşacaq.

Xəbər 1199 dəfə oxundu.