Nuri Şahin 2019-cu ilədək “Borussiya”nın uğurları üçün çalışacaq
Dortmund “Borussiya”sı bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Bundesliqa təmsilçisi aparıcı üzvlərindən olan Nuri Şahinlə müqavilənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən, Türkiyə millisinin üzvü 2019-cu ilədək “Borussiya”nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi Dortmund klubunun heyətində meydana çıxdığı 201 qarşılaşmada 19 qol vurub.

Xəbər 629 dəfə oxundu.