“Real Madrid” futbolçusu İsko ilə yeni müqavilə imzalayacaq
“Real Madrid” futbolçusu İsko ilə bu yay yeni müqavilə imzalayacaq.

Bununla bağlı 25 yaşlı oyunçunun agenti Pako Alarkonla “Real Madrid” nümayəndələri arasında ilkin danışıqlar olub. İsko ilə 5 illik yeni müqavilə imzalamaq barədə razılıq əldə olunub.

İspaniyalı yarımmüdafiəçinin yeni müqavilə ilə illik maaşının iki dəfə artacağı gözlənilir. Bu isə o deməkdir ki, İsko ilinə təxminən 6 milyon avro qazanacaq.

Qeyd edək ki, İsko cari mövsüm La Liqada 26 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər 611 dəfə oxundu.