Məşhur qrossmeysterlər Şəmkirdə gənc şahmatçılarla dostluq görüşü keçiriblər
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” şahmat turnirinin qrossmeysterləri, dünyanın reytinq üzrə II şahmatçısı Uesli So, sabiq dünya çempionu, reytinq üzrə III şahmatçı Vladimir Kramnik, dünya kubokunun sahibi, rusiyalı qrossmeyster Sergey Karyakin və britaniyalı qrossmeyster Michael Adams Şəmkirdəki “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olublar.

Qonaqlar Gənclər Mərkəzi ilə tanış olduqdan sonra “Zəka” Şahmat Klubunun gənc şahmatçıları ilə dostluq görüşü keçiriblər.

Xəbər 590 dəfə oxundu.