“Bakı-2017”nin futbol yarışında Azərbaycanı təmsil edən hakimlər də fəaliyyət göstərəcəklər
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək futbol yarışında Azərbaycanı təmsil edən hakimlər də fəaliyyət göstərəcəklər.

Qarşılaşmalara referilər - Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və Orxan Məmmədov təyinat alacaqlar.

Matçlarda referi köməkçisi funksiyasında isə Zeynal Zeynalov, Yaşar Abbasov, Rza Məmmədov və Namiq Hüseynov çıxış edəcəklər.

Xəbər 614 dəfə oxundu.