Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun birinci moduluna start verilib
Aprelin 26-da AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun birinci moduluna start verilib.

AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili Şöbəsinin müdiri Frank Ludolph iştirakçılara uğurlar arzulayıb.

Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir.

Xəbər 1050 dəfə oxundu.