Zidanın hərəkəti unudulmur
Əlcəzairli heykəltəraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. İdman.com.az saytının məlumatına görə, bu, Fransa millisinin sabiq üzvü Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə başla vurduğu andır. Əsər ABŞ-ın Nyu-York ştatındakı Devid Zvirnerin qalereyasında muzeyə qoyulub. Heykəltəraşlıq işinin adı “Kim dəhşətli canavardan qorxur?” adlanır.


Xəbər 918 dəfə oxundu.