“Qəbələ”nin U-16 komandası beynəlxalq turniri altıncı pillədə başa vurub
Tbilisidə futbol üzrə Vitali Daraseliya turnirinə yekun vurulub.

Yarışın sonuncu günündə həlledici qarşılaşmalar oynanılıb. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olublar. Komandamızın qoluna Təbriz İsazadə imza atıb.

Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.

Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib. Üçüncü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub.

Yeddinci yer uğrunda matçda isə Tbilisi “Dinamo”su Zaqrebdən olan həmklublarına 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 631 dəfə oxundu.