Yeniyetmələr arasında həndbol üzrə ölkə birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 9 komandanın (5 oğlan, 4 qız) iştirakı ilə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, yarışda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçiləri və Respublika Kompleks İdman Məktəbinin (RKİM) həndbolçuları iştirak ediblər.

Yekunda oğlanların yarışında 2 saylı RİOEUGİM-in komandası birinci, 12 saylı İOEUGİM-in kollektivi isə ikinci yerə layiq görülüb.

Qızlar arasında mübarizədə isə 12 saylı İOEUGİM-in komandası birinci, 2 saylı RİOEUGİM-in komandası isə ikinci olub.

Xəbər 733 dəfə oxundu.