Vüqar Həşimov memorialında Azərbaycan derbisi heç-heçə nəticələnib
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirdə liderliyini qoruyur.

Aprelin 24-də o, digər həmyerlimiz Teymur Rəcəbovla görüşdə ağ fiqurlarla oynayaraq sülh bağlayıb.

Yeganə məhsuldar görüş rusiyalı Vladimir Kramnik və Hindistan şahmatçısı Pentala Xarikrişna arasında qeydə alınıb. Bu görüş Kramnkin qələbəsi ilə başa çatıb.

Maykl Adams (İngiltərə) – Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa) – Sergey Karyakin (Rusiya) və Veselin Topalov (Bolqarıstan) – Uesli So (ABŞ) görüşləri də heç-heçə yekunlaşıb.

Hazırda turnir cədvəlində vəziyyət belədir:

Şəhriyar Məmmədyarov – 3 xal, Veselin Topalov, Pavel Elyanov, Maykl Adams, Vladimir Kramnik – hərəyə 2,5 xal, Radoslav Voytaşek, Uesli So, Sergey Karyakin, Teymur Rəcəbov – hərəyə 1,5 xal, Pentala Harikrişna – 1 xal.

Xəbər 997 dəfə oxundu.