“Qəbələ” klubu Albaniyanın “Tirana Nasional” komandasına böyük hesabla qalib gəlib
Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə yekun vurulub.

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası yarışın sonuncu günündə 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Albaniyanın “Tirana Nasional” klubu ilə üz-üzə gəliblər. Famil Xəlilovun yetirmələri bu qarşılaşmada 4:0 hesablı qələbə qazanıblar. “Qəbələ”nin heyətində Veysəl Rzayev 2, Samir Məhərrəmli və Hüseyn Mürsəlov hərəyə 1 qol vurublar. Bu qələbə ilə “qırmızı-qaralar” yarışı 9-cu pillədə başa vurublar.

Yarışın qalibi adına isə Yunanıstanın AEK klubu yiyələnib. Digər Yunanıstan təmsilçisi “İraklis” 2-ci, Rusiya “Krasnodar”ı 3-cü olub.

Xəbər 756 dəfə oxundu.