Varşavada Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Bakıya qayıdıblar
Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatında uğura imza atmış cüdoçularımız artıq Vətənə qayıdıblar.

Mötəbər turnirdə 2 qızıl, 3 bürünc medal qazanan və medalların əyyarına görə, kişilərin komanda hesabında ikinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq), Elxan Məmmədov (100 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib olublar.

Azərbaycan cüdoçusu Hidayət Heydərov isə Avropanın “Ən yaxşı gənc cüdoçu”su mükafatına layiq görülüb.


Xəbər 738 dəfə oxundu.