İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib
İsmayıllı Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

Açıq rayon birinciliyində 2 şəhər və 6 rayondan ümumilikdə 200 nəfər idmançı mübarizə aparıb. Qarşılaşmalarda 2004-2006-cı il təvəllüdlü idmançılar arasında İsmayıllı cüdoçuları və 2001-2003-cü il təvəllüdlü idmançılar arasında Qəbələ cüdoçuları birinci yerləri qazanıblar.

Qaliblər İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları, medalları və kuboku ilə təltif ediliblər.

Xəbər 689 dəfə oxundu.