Finala ilk yol səfərdən keçir
Sabah qadın voleybolçular arasında Çellenc kubokunun ilk yarımfinal görüşləri keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Azərbaycan klubları birinci oyunları səfərdə baş tutacaq. Yarışın debutantı “Bakı” Almaniyanın “Zuhl” komandamının qonağı olacaq. Ötən Çellenc kubokunun finalçısı “Lokomotiv” Belçikada “Gent”lə qarşılaşacaq.
Qeyd edək ki, hər 2 klubumuz cavab oyunlarını martın 18-də keçirəcəklər.

Çellenc kuboku. Qadınlar
1/2 final, ilk matçlar

14 mart

22:30. “Zuhl” (Almaniya) – “Bakı” (Azərbaycan)
Hakimlər: Stefano Çezare (İtaliya), Lusian Vlad (Rumıniya)

23:30. “Gent” (Belçika) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Kristian Volf (İsveçrə) və İngeborq Kuter (Niderland)


Xəbər 973 dəfə oxundu.