“Qarabağ” klubuna çempionluq kuboku təqdim edilib
“Sumqayıt”la Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra “Qarabağ”a çempionluq kuboku təqdim edilib.

Mərasimə “Ağdam” klubunun prezidenti Abdulbari Gözəl də qatılıb.

A.Gözəl baş məşqçi Qurban Qurbanovu və futbolçuları təbrik edib.

Sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Abdulbari Gözəl komanda üzvlərinə medalları təqdim edib.

Futbolçular mükafatlandırma mərasiminə üzərində ulduz şəkli olan forma ilə çıxıblar.

Xəbər 636 dəfə oxundu.