Kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017”yə İsraildə hazırlaşır
İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma komandamız İsrailin “İlabur” klubu ilə qarşılaşıb.

Voleybolçularımızın üstünlüyü şəraitində keçən oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb.

Millimiz ilk yoxlama oyununda digər İsrail klubu “Yehuda”ya 4:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər 578 dəfə oxundu.