Voleybolçularımız Tbilisidə “Bahar kuboku” yarışlarının qalibi olublar
Tbilisidə 18 yaşadək oğlan voleybolçular arasında “Bahar kuboku” yarışları keçirilib.

Yarışda xal hesabına görə, birinci yeri Azərbaycan yığması tutub.

İlk görüşdə Gürcüstanın gənclər yığmasını 3:2 hesabı ilə üstələyən həmyerlilərimiz ardınca “Tbilisi” komandasına qalib gəliblər – 3:1.

Üçüncü görüşündə “Kutaisi”yə uduzan (2:3) millimiz sonuncu matçda Gürcüstanın 1998-1999-cu il təvəllüdlü voleybolçularından ibarət komandasına 3:1 hesabı ilə qalib gəlib.

Nəticədə yığmamız ümumi xal hesabına görə, kubokun qalibi adını qazanıb.

Xəbər 1173 dəfə oxundu.