“Qəbələ”nin U-16 komandası İtaliyanın “İnter” klubu ilə qarşılaşıb
“Qəbələ” futbol klubunun U-16 komandası Tbilisidə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib.

“Qəbələ” “A” qrupunda İtaliyanın “İnter” komandası ilə gücünü sınayıb. Matç İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub.

Baş məşqçi Şəhruz Mustafayevin komandası ikinci oyununda meydan sahibi Tbilisinin “Dinamo” klubu ilə qarşılaşacaq. “Qəbələ”nin qrupdakı digər rəqibi Belçika “Gent”i olacaq.

Xəbər 574 dəfə oxundu.