"Shamkir Chess-2017" şahmat turnirində bütün partiyalar canlı yayımlanacaq
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2017" şahmat turnirində bütün partiyalar canlı yayımlanacaq.

Turnirin rəsmi saytı vasitəsilə oyunları canlı izləmək mümkün olacaq.

Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq Əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev, eləcə də qrossmeyster İqor Henkin şərh edəcəklər.

Onlayn rejimdə partiyalarla yanaşı, şahmatçıların mətbuat konfransları da göstəriləcək.

Xəbər 623 dəfə oxundu.