Sambo üzrə Azərbaycan millisi Avropa birinciliyinda daha bir medal qazanıb
Çexiyanın paytaxtı Praqada yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyi davam edir.

Qitə birinciliyinin ikinci günündə Azərbaycan milli komandası daha 1 medal qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Abdulla Abdullayev (65 kq) bürünc medal qazanıb.

Turnirin ilk günündə Yaşar Nəcəfov (60 kq) və Emin Hüseynov (62 kq) bürünc medala sahib olublar.

Aprelin 21-də yekun vurulacaq yarışda 23 ölkədən 282 samboçu birincilik uğrunda mübarizə aparır.

Xəbər 1319 dəfə oxundu.