Bu gün UEFA Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələlərinin püşkü atılacaq
Aprelin 21-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələlərinin püşkatma mərasimi olacaq.

Bakı vaxtı ilə saat 14:00-da Çempionlar Liqasının, bir saat sonra isə Avropa Liqasının püşkü atılacaq.

UEFA Çempionlar Liqasının yarımfinalçıları “Real Madrid”, “Atletiko Madrid”, “Yuventus” və “Monako” komandalarıdır.

“Olimpik Lion”, “Mançester Yunayted”, “Ayaks” və “Selta Viqo” komandaları isə ötən gün keçirilən cavab qarşılaşmalarından sonra UEFA Avropa Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşləri mayın 2-də və 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

Avropa Liqasında isə yarımfinal mərhələsinin ilk oyunları mayın 4-də, cavab matçları mayın 11-də keçiriləcək.

Çempionlar Liqasının final matçı iyunun 3-də Uelsin paytaxtı Kardifdə, Avropa Liqasının son oyunu mayın 24-də İsveçin paytaxtı Stokholmda baş tutacaq.

Xəbər 634 dəfə oxundu.