İdman dırmanmasının boldrinq növü üzrə yarış keçiriləcək
Aprelin 29-da “ClimBaku” idman dırmanması mərkəzində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə idman dırmanmasının boldrinq növü üzrə yarış keçiriləcək.

Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunan yarış Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı reallaşdırılan “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” layihəsi çərçivəsində baş tutacaq.

Yarışda aprel döyüşlərinin iştirakçıları, şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsinin veteranları, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyi, FAIREX, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarışın keçirilməsinə təşkilati dəstək göstərirlər.

Xəbər 476 dəfə oxundu.