Atçılığın konkur növü üzrə “Murad kuboku” yarışı keçiriləcək
Aprelin 22-də “Binə Atçılıq Mərkəzi”nin açıq manejində atçılığın konkur növü üzrə A**-S* kateqoriyalı “Murad kuboku” uğrunda turnir keçiriləcək.


ARAF-ın təşkilatçılığı və “Murad” atçılıq klubunun sponsorluğu ilə keçirilən yarışda 15-dək idmançı və 30-a yaxın atın iştirakı gözlənilir.

Yarışın ümumi mükafat fondu 5 min manatdır.

Xəbər 1428 dəfə oxundu.