Katerina Jidkova: IV İslam Həmrəyliyi Oyunlarında şanslarımızı yüksək qiymətləndirirəm
Sloveniyadakı toplanışımız çox gözəl keçir. Məşqlərin intensivliyi yavaş-yavaş artır, komandada ab-hava əladır.
Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Katerina Jidkova Sloveniyada keçirilən təlim-məşq toplanışı haqqında fikirlərini bildirərkən deyib.

Voleybolçu bildirib ki, hazırda məşqlərdə 30 voleybolçu iştirak edir, bu da çox müsbət haldır. Komandada rəqabət var, məşqçilərin seçim imkanı isə genişdir. Qarşıdakı IV İslam Həmrəyliyi Oyunlarında və dünya çempionatının seçmə mərhələsində şanslarımızı yüksək qiymətləndirirəm.

Xəbər 841 dəfə oxundu.