IV İslam Həmrəyliyi Oyunlarının basketbol yarışının təqvimi açıqlanıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında basketbol 3x3 yarışının təqvimi açıqlanıb.

Mayın 18-də start götürəcək yarış dörd gün davam edəcək. “A” qrupunda yer alan Azərbaycan millisi ilk görüşdə Türkiyə millisi ilə qarşılaşacaq. Komandamız həmin gün Türkmənistan ilə də qüvvəsini sınayacaq. Mayın 19-da isə millimizin rəqibi Səudiyyə Ərəbistanı və Pakistan olacaq.

“B” qrupunda isə İndoneziya, Qətər, “Kot-d`İvuar, Mali, İordaniya yığma komandaları mübarizə aparacaqlar.

Mayın 20-də dörddəbir final qarşılaşmaları keçiriləcək. Bir gün sonra isə mükafatçılar məlum olacaq.

Xəbər 625 dəfə oxundu.