Gənc bahadırlarımız ölkənin ən gücülülərini seçəcəklər
15-19 martda Hövsan Olimpiya-İdman Kompleksində gənc sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan birinciliyi və yeniyetmə qızların açıq ölkə birinciliyi keçiriləcək. FİLA-nın qaydaları üzrə təşkil olunacaq gənclərin yarışında 1992-1994-cü il, qızların yarışında
1995-1996-1997-ci il təvəllüdlü güləşçilər iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq.

Yeniyetmə qızların açıq ölkə birinciliyində Azərbaycan güləşçiləri ilə yanaşı, Türkiyə, Qazaxstan, Ukraynda və Belarus komandalarının da iştirakı gözlənilir.
İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə 17.00-da başlayacaq. Yarışın təntənəli açılış mərasimi martın 15-də saat 17.00-da keçiriləcək.

Proqram:

15 mart
50, 60, 74 və 96 kq – sərbəst güləş üzrə gənclər

16 mart
55, 66, 84 və 120 kq – sərbəst güləş üzrə gənclər

17 mart
50, 60, 74 və 96 kq – yunan-Roma güləşi üzrə gənclər

18 mart
55, 66, 84 və 120 kq – yunan-Roma güləşi üzrə gənclər

19 mart
34, 38, 40, 43, 46, 49, 52, 56, 60, 65 və 70 kq – yeniyetmə qız güləşçilər

Xəbər 1455 dəfə oxundu.