Azərbaycan samboçuları Avropa birinciliyinin ilk günündə iki medal qazanıblar
Çexiyanın paytaxtı Praqada yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyi davam edir.

Qitə birinciliyinin ilk günündə Azərbaycan milli komandası iki medal qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Yaşar Nəcəfov (60 kq) və Emin Hüseynov (62 kq) bürünc medala sahib olublar.

Aprelin 21-də yekun vurulacaq yarışda 23 ölkədən 282 samboçu birincilik uğrunda mübarizə aparır.

Xəbər 1641 dəfə oxundu.