Milli Olimpiya Komitəsi baş katibinin müavini Respublika Velotrekində yaradılan şəraitlə tanış olub
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev aprelin 20-də Respublika Velotrekində idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və ölkəmizdə velosiped idmanının tarixi, velosiped idmanının inkişafı istiqamətində görülən işlər haqqında Azər Əliyevə ətraflı məlumat verib.

Yaradılan şəraitdən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansındakı Veloparkda da olmaq istədiyini bildirib.

Xəbər 1403 dəfə oxundu.