İslam Həmrəyliyi Oyunlarının iştirakçıları, azarkeşlər və KİV nümayəndələri Azərbaycana vizasız gələ biləcəklər
Dördüncü İslam Həmrəyliyi Oyunlarının iştirakçıları, o cümlədən azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər Azərbaycana vizasız daxil ola biləcəklər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev deyib ki, yarışları işıqlandırmaq üçün mindən çox xarici media qurumu akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etdirilir.

Xəbər 547 dəfə oxundu.