UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub
Aprelin 19-da keçirilən iki oyunla UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub.

“Barselona” ilə “Yuventus” “Nou Kamp” stadionunda üz-üzə gəlib. Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Beləliklə, öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Yuventus” klubu adını yarımfinala yazdırıb.

Günün digər matçı isə Fransada keçirilib. “Monako” öz meydanında “Borussiya Dortmund”u qəbul edib və rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Səfərdə də rəqibindən üstün olan (3:2) “Knyazlıq klubu” yarımfinala yüksəlib.

Beləliklə, UEFA Çempionlar Liqasının yarımfinalında bu komandalar mübarizə aparacaq :

“Real” (Madrid, İspaniya), “Atletiko” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya).

Yarımfinal mərhələsinin püşkü aprelin 21-də atılacaq.

Xəbər 616 dəfə oxundu.