Gənclər boksçularımız Litvaya yollandı
Gənc boksçularımız Litvanın paytaxtı Vilnüsdə olimpiya çempionu Dan Poznyakın xatirəsinə həsr olunmuş yarışda mübarizə aparacaqlar. İdman.com.az saytının məlumatına görə, martın 15-də start götürəcək turnirdə 5 təmsilçimiz gücünü sınayacaq.

Heyətə ötən il yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı olmuş Nəsrəddin Məmmədov (56 kq), qitə çempionatının daha bir bürünc medalçısı Rahil Məmmədli (81 kq), Malik Muradov (52 kq), Abdulla Abdullayev (69 kq) və Nəbi Bağırov (75 kq) daxil edilib.

Komanda Litvaya məşqçilər İlham Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi ilə yola düşüb. Turnirə martın 18-də yekun vurulacaq. Qeyd edək ki, gənclərin bu il əsas yarışı oktyabrda Taylandda keçiriləcək dünya birinciliyidir.

Xəbər 1068 dəfə oxundu.