Nəsimi rayonunda futbol üzrə “Coca-Cola məktəbli kuboku” yarışlarına start verilib
Aprelin 19-da Nəsimi rayonundakı orta məktəblərin VII sinif şagirdləri arasında “Coca-Cola məktəbli kuboku” yarışlarına start verilib.

Yarışda Nəsimi rayon ərazisində yerləşən 26 orta ümumtəhsil müəssisəsinin komandaları mübarizə aparacaqlar.

Açılış mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin, AFFA-nın, Nəsimi rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Xəbər 612 dəfə oxundu.