Azərbaycan millisi penalti seriyasında Monteneqroya qalib gəlib
Aprelin 19-da futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

Yığmamız Monteneqro komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.

Xəbər 581 dəfə oxundu.