Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” başlayıb
Aprelin 19-da Əlillər Futbolu Federasiyasının təşkilatçılığı, AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell”in dəstəyi ilə Daxili İşlər Nazirliyinin İdman Sarayında eşitmə qüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri" başlayıb.

Yarışda 4 komanda – “Şimşək”, “Birlik”, “Zirvə” və “Ümid” birincilik uğrunda mübarizə aparır.

Yarışa aprelin 21-də yekun vurulacaq.

Xəbər 587 dəfə oxundu.