İsmayıllıda keçirilən regional yarışlarda 11 komanda iştirak edib
IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə əlaqədar İsmayıllıda basketbol və atletika üzrə regional yarışlar keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində təşkil olunan kütləvi idman tədbirində basketbol və atletika üzrə 11 komanda iştirak edib. 2002-2003-cü il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında basketbol, 2003-2004–cü il təvəllüdlü oğlanlar və qızlar arasında atletika yarışları gərgin idman mübarizəsi şəraitində keçib.

Yarışlarda komandalar üzrə İsmayıllı birinci, Oğuz ikinci, Ağsu üçüncü yeri tutub.

Qaliblərə “Təhsil” Respublika İdman Mərkəzinin diplomları, fərqlənən idmançılara isə medallar verilib.

Xəbər 574 dəfə oxundu.